Əlaqə Arxiv
news Image
2013.07.16
16:12
| A A A
Moto X telefonu internetə sızdı

Movqe.Az xəbər verir ki, Google tərəfindən satın alınan Motorolanın yeni modeli "Moto X"in ötən həftə internetə sızdırılan fotoşəkillərinin ardınca indi də tanıtım videosu ortaya çıxıb. Moto X haqqındakı söz-söhbətlərdən biri cihazın davamlı olaraq səs əmrlərini qəbul edə bilməsidir. Videoya görə bu söz-söhbət doğru görünür.

Bununla yanaşı bildirişlər ilə əlaqədar də fərqliliklər nəzərə çarpır. Bir çox telefona hər hansı bir bildiriş gəldiyi zaman üst tərəfdəki LED işığı yanıb sönərkən "Moto X"da bildiriş ekranda meydana çıxır. Ekrandakı bildiriş işarəsi gələn bildirişin növünə görə (mesaj, Facebook, Tvitter, digər) dəyişir. 



Sizin Reklam Yeriniz