Əlaqə Arxiv
news Image
2020.05.18
20:01
| A A A
Yüksək səslə danışanlara XƏBƏRDARLIQ: koronavirus ola bilərsiniz

SARS-CoV-2 virusu təkcə öskürək və asqırıqla deyil, yüksək səslə danışanda, eyni zamanda qışqıranda da yayılır.

Mövqe.az xəbər verir ki, bu barədə ABŞ Milli Səhiyyə İnstitutu araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, virus daşıyıcısı şəxs maskasız formada yüksək səslə danışanda və ya qışqıranda ətrafa tüpürcəklə birlikdə yayılan virus damcıları 8-14 dəqiqə havada qalır. Araşdırmaya qatılan şəxslərin 1 dəqiqə ərzində danışığı zamanı ətrafa ən az 1000 viruslu damla yaydığı təsbit olunub.

Maska taxmağın həyati əhəmiyyətə sahib olduğunu vurğulayan araşdırmaçılar ətrafa yayılan damcı sayının 100 minə çata biləcəyini qeyd ediblər. (publika.az)

Sizin Reklam Yeriniz