news Image
2013.07.17
15:26
| A A A
Mobil telefonu yükləməyin yeni yolu

Movqe.Az xəbər verir ki, ingilis elm adamları mobil telefonun batareyasını insan idrarı ilə yükləməyi bacarıb. "Daily Mirror"qəzetindəki xəbərə görə, idrarla yüklənən smartfonla qısa danışıq, qısa mesaj göndərilməsi və internetdə gəzinti edilə bilir. İngilis Kral Kimya İnstitutunda edilən araşdırmada, canlı mikro-orqanizmlərin kimyəvi çevrilməsi yolu ilə orqanik cismi birbaşa elektrikə çevirən Mikrob yanacaq hüceyrələrinin enerjiyə çevrilə bildiyi aşkarlanıb. Digər tərəfdən elm adamları, daşına bilən vasitələri tam olaraq yükləməyin yollarını axtararkən Qərbi İngiltərə Universitetindən Dr. Ioannis Ieropoulos, elektrikli duşlar, lampalar və təraş maşınlarının doldurulması üçün belə gələcəkdə "ağıllı tualetlər" düzəldəcəklərini söyləyib. Qərbi İngiltərə Universiteti və Bristol Universitetinin birgə çalışması olan araşdırmanın həyəcan verici bir görüş olduğunu söyləyən Dr. Ieropoulos, Daily Mirror qəzetinə "Tədarük etmə baxımından heç tükənməyəcək bir məhsul varsa, o da insanların idrarıdır" deyə bildirib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs