news Image
2013.07.18
11:26
| A A A
Dünyanın ən böyük səhvi: müştərinin hesabına 92 kvadrilyon dollar pul köçürüldü

PayPal ödəmə sistemi səhvən bir müştərinin hesabına 92 kvadrilyon dollar pul köçürüb


Mövqe.az CNN-ə istinadən məlumat verir ki , Pensilvaniya ştatının sakini Kris Reynolds PayPal sisteminin səhvi nəticəsində qısa bir müddətə dünyanın ən varlı adamı olub. 


Reynolds PayPal-dakı balans hesabı haqqında məktub alanda əvvəlcə bunu kiminsə zarafatı sayıb. Sonra onlayn rejimdə hesabını yoxlayıb və hesabda xeyli pul olduğunu görüb.


PayPal şirkəti səhvə yol verdiyini etiraf edib və Reynoldsa onun öz seçimi əsasında müəyyən məbləği xeyriyyə məqsədilə xərcləməyə hazır olduğunu bildirib.


Jurnalistlərin "92 kvadrilyon pulunun olsaydı, hara sərf edərdiniz" sualını cavablandıran Reynolds bildirib ki, ilk növbədə, ABŞ-ın xarici borclarını ödəyər, daha sonra Philadelphia Phillies beysbol klubunu satın alardı.