Əlaqə Arxiv
news Image
2020.05.28
10:17
| A A A
Ayaqda çatlar hansı xəstəliyin əlaməti ola bilər?

Amerikalı tibb tədqiqatçıları ayaqların dərisində baş verən problemin şəkərin xəbərçisi ola biləcəyini sübut ediblər.

Mövqe.az Medicina.az-a istinadən xəbər verir ki, ayaq dərisində görünən kseroz adlanan simptom məhz şəkəri yüksək xəstələrdə və preddiabet mərhələsində olan insanlarda çox görülür.

Kseroz – dərinin həddən artıq quruması, qaba, kobud olması, qabıqlanması, çatlaması və qaşınmasıdır. İrəli mərhələdə dirsək, dabanlarda iri sağalmayan ağrılı çatlar əmələ gəlir.

Bu hal onunla izah olunur ki, qanda daim yüksək olan şəkər orqanizmin su, maye itkisinə yol açır.

Xəstələr dərilərində baş verən bu dəyişikliklərə vaxtında fikir vemir, elə bilirlər ki, çox gəzməkdən və ya dərinin qurumasından dabanda çatlar əmələ gəlib. Halbuki çoxdandır onların qanında şəkər çoxalıb. Bu əlamət istər I, istərsə II tip diabetlərdə olur və sonra şəkər xəstələrində diabetik pəncə və qanqren kimi fəsadlara yol açır.

Ona görə ayaqlarınızda quruluq, qabıqlanma, dabanlarda çatlar, yarıqlar əmələ gəlibsə, dabanın kənarı qızarıb, iltihablanırsa, o zaman qanda şəkəri yoxladin.

Sizin Reklam Yeriniz