Əlaqə Arxiv
news Image
2020.05.31
13:04
| A A A
Şəhərin mərkəzində gəzən ayı tutuldu

Şəki şəhərinin mərkəzində gəzən ayı tutulub.

Mövqe.az-ın məlumatına görə, ayıya iyi keyidici iynə vurulub.

Ayını təhlükəsiz şəkildə zərərsizləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcrübəli mütəxəssisləri helikopter vasitəsilə Bakı səhərindən Şəkiyə ezam olunub.

Ərazi xüsusi mühafizə olunur, hazırda ayının evakuasiya olunması prosesi gedir.

***11:15

“Ən son məlumata görə ayı yuxuya gedib. Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılayıb təmkinli olsunlar”.

Mövqe.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O xatırladıb ki, vəhşi heyvanların yaşayış məntəqələrində, şəhərlərdə görünməsinə dünyanın hər yerində rast gəlinir:

“Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin”.

10:13

Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Mövqe.az-a bildirib.

Nazirliyin sözçüsü qeyd edib ki, hələ də təhlükə olduğunu nəzərə alaraq bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyatlı olsunlar:

“Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin”.

 

*** 09:23

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. 

Bu barədə "Report"a Şəki Regional Ekologiya İdarəsindən məlumat verilib. 

Bildirilib ki, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir: "Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar".

 

Sizin Reklam Yeriniz