Əlaqə Arxiv
news Image
2020.06.02
23:20
| A A A
Azərbaycanda bu günə qədər gizlədilən tarix

Azərbaycanda ilk araşdırma, bu günə qədər gizlədilən tarix

Sirrli Azərbaycan! Gizlədilən qədim kult və arexoloji qazıntılar.

Azərbaycan ərazisində qədim dinlərin mövcud olması heç kimə sirr deyil. Təkallahlıq (tenqiçilik, yəhudi, xristian və islam) dinindən öncə Azərbaycanın bəzi yerlərində kişi cinsiyyət orqanına-Fallosa ibadət edən qəbilə və tayfalar olmuşdular. Müxtəlif cəmiyyətlərdə  olduğu kimi (Kişi cinsi orqanına qutsallıq anlayışın yüklənməsi daha çox əkinçiliklə məşğul olan misir, yunan, roma, çin, yapon kimi cəmiyyətlərdə olmuşdur.) Azərbaycanda da bərəkətin və bolluğun simvolu olaraq kişi cinsi orqanına ibadət kultu mövcud olmuşdur. Ereksiya halında olan penisə bənzər şəkildə təsvir olunmuş heykəllər, daş üzərində oymalar, ev əşyaları, qadınlar üçün nəzərdə tutulmuş bəzək əşyaları və s. arxeoloji qazıntılar zamanı bir çox tarixi məkanlarda üzə çıxarılmışdır.  Çünki onlar bu simvolun bərəkət və bolluq gətirəcəyi inancına sahibdilər. Hətta qorxuluq olaraq yerə basdırılan payalar da fallus simvolu sayılırdı. Daş, torpaq, ağac və s. kimi materiallardan hazırlanan fallus muskalarında xüsusi bir sehrli gücün olduğuna inanırdılar. Kişi cinsi orqanının bədəndən ayrı şəkildə döl yetişdirdiyi müxtəlif mifologiyalarda da mövcuddur. Qədim totemstik təsəvvürlərin bir çoxunu özündə əks  etdirən məhsuldarlıq ayini, sanki, torpağın münbitliyini, ev heyvanlarının çoxaldılmasını və qadın-ananın nəsilvermə qabiliyyətini vəhdət halında birləşdirmişdir. Ayinin icra edilməsi (çox vaxt baharda, lakin bəzən payızda da) adətən bu  kultla əlaqəsi olan tanrıların və ruhların şərəfinə dəbdəbəli  mərasimlə müşayiət olunurdu. Bu zaman ayin və mərasimlər fallik emblemlərlə və simvollarla bəzədilirdi ki, bu da dölləndirən kişi və nəsilverən qadın başlanğıcını, habelə onların birləşməsinin böyük yaradıcılıq potensialını nəzərə çarpdırmalı idi
Bərəkət tanırısı yaxud sonsuzluq daşı kimi qəbul edilən fallos heykəlləri Qarabağ ərazisindən arxeoloji qazıntılar zamanı aşkar edilmiş sadə tikinti materiallarının yeni formalı və bədii tərtibatlıları ilə əvəzləndiyi dövrlər üzrə sərbəst şəkildə müşahidə edilir. Belə materiallara Qarabağda (Bərdə, Ağdam, Füzuli, Xankəndi, Şuşa və s.) aşkar edilmiş fallos formalı daşlar aiddir. Onların oxşarları Azərbaycanın digər abidələrində (Mingəçevir, Şamaxı, Qəbələ, Təzəkənd Balakən rayonunun Tülü kəndində) də aşkar edilmişdir. Ötən əsrin əvvələrində  Göyçə gölünün cənubunda, Zəngəzur ərazisindəki Ardzevəng kəndində fallos formalı daş stellalar aşkarlanmışdır.  Adları çəkilən yerlərdə  arxeoloji qazıntılar zamanı isə bürünc fallos fiqurları və bu formalı paltar geyinmiş kişi heykəlcikləri aşkarlanmışdır.Qeyd edim ki, bəzi bölgələrdə üzərində fallos işarəsi olan qədim qəbr daşlarının tapılması bu kulta aid olanların ölülərinin basdırması mərasimlərinin olmasını təsdiq edir. Mərasimlər sirli simvolların, məsələn, fallosun ətrafında baş verə bilərdi. Bu mərasimlər inananlara “o biri dünyanın” üzünü göstərməli idi ki, onlar bir gün doğrudan da bu dünyanı tərk edəndə qaranlıq aləmdə ruhlarını xilas etmək elminə vaqif olsunlar. Bu gün Daşbaba adlanan qədim heykəllərin bəziləri fallos kultunun üzvləri tərəfindən hazırlanmışdır. Memorial abidələr saydığımız daşbaba şəxsin gerçək  antropomorf təsviri kimi dəyərləndirilməlidir.  Daşbabanın ikonoqrafik detalları, duruş pozası isə (kəmər, qədəh, xəncər-qılınc, sağ və sol əllərin kanonik yeri) inanc  və dünyagörüşlə bağlı şərh olunmalıdır. Əvvəllər kəmərdən  aşağı (Abşeron, Astara) qabarıq şəkildə verilən fallos da qədim kuman (Hakkari), saqa (skit) daşbaba bədizlərində əsas  atributlardan olsa da, sonrakı türklərdə həmin görüntü abırlı  sayılmamış, bu detaldan imtina olunmuşdur
Azərbaycanın bir çox yerlərində fallos kultuna həsr edilmiş , tunc dövründən qalma daş abidələrə indi də rast gəlmək olur. Belə abidələr pirlərə çevrilmişdir. Qədim əqidəyə əsasən uşaq arzu edən qadınlar , yağış gözləyən əkinçilər və s. öz məqsədlərinə  çatmaq üçün , sübh çağı, günəşin doğması ilə bir vaxtda həmin daşların şərəfi nə qurban kəsməli idilər
Dosent Zaur Əliyev

Sizin Reklam Yeriniz