news Image
2013.07.26
11:25
| A A A
Oruc tutanlar üçün təbii sakitləşdiricilər

Ramazan ayı, həm də səbr ayıdır


Oruc tutub, sinirlərinə hakim ola bilməyənlərə diqqət! 12 sakitləşdirici qida sinirlərinizə hakim olmağa yardım edəcək. 


Ramazan ayı, həm də səbr ayıdır. Ancaq uzun müddət davam edən aclıq-susuzluq və istilər, oruc tutan insanlarda əsəbilik yaradır. Mütəxəssislər əsəbiliyin qarşısnı almaq üçün 12 sakitləşdirici qidanı məsləhət görür. 


Meyvələrin gücü - Albalı, çiyələk və böyürtkən kimi meyvələrin tərkibindəki karbohidrat yavaş-yavaş şəkərə çevrilir, bu zaman isə sizi xoşbəxt edir. Eyni zamanda vücudunuz şəkər bombardımanına məruz qalmayacaq. C vitamini ilə bol olan meyvələr sayəsində vücudunuzdakı kortizol hormonu azaldacaq və özünüzü daha az stressli hiss edəcəksiniz. Banan da əhvalınızı qaldıracaq. Portağal, ərik, üzüm kimi lifli meyvələr də mənəvi rahatlığı təmin edir. 


Şokolad möcüzəsi - Xüsusən də qara şokoladda 70 faiz kakao var. Tərkibindəki güclü antioksidant olan flavonoid sayəsində rahatlıq tapacaqsınız. 


Yumurta - İmsakda yeyilməsi lazım olan qidalardan biri də yumurtadır. Yumurta sinirlər üçün əhəmiyyətli təsirə malikdir. Protein sizə enerji verdiyi kimi gərginliyi də azaldır.


Quşqonmaz - Tərkibindəki təbii folik sayəsində quşqonmaz da sizi rahatladacaq. Qatığın içinə əlavə edərək yeyə bilərsiniz. 


Reyhan - Sakitləşməyin ən tez yolu reyhan yeməkdir. Yeməyə əlavə edərək sinirlərinizi yumşaldın.


Kartof - Tərkibindəki karbohidratlar sakitləşməyinizi təmin edir. 


Balıq - Balıq da depressiyadan qoruyan qidalar arasındadır. 


Badam - İftarda və imsakda mütləq yeyilməsi mərcburi olan qidalardandır. 


Yerkökü - B6 vitamini ilə zəngin olan yerkökü güclü sakitləşdiricidir. 


Göbələk - Stresslə mübarizədə B qrupu vitaminləri ilə zəngin olan göbələk də təsirli gücə malikdir. 


Alma yeməyi unutmayın - Antioksidantla zəngin olan alma ürək xəstəliyi ilə yanaşı, dəri qocalmasını da gecikdirir. Təkibində 85 faiz su, 12 faiz şəkər, turşular, soda və fosfor, vitamin A1, B1, B2, B5, C, E və PP olan alma əzələ və sinir sistemi üçün əhəmiyyətlidir. Zehni yorğunluğu yatışdırıcı gücə malik olmaqla yanaşı, gərginliyi azaldır.


Dondurma - Dondurmanın xoşbəxtlik hormonları bəxş etdiyini hamımız bilirik. Xoşbəxtlik hormonları həm də sakitləşdirici təsir qüvvəsinə malikdir.