Əlaqə Arxiv
news Image
2020.07.17
21:11
| A A A
Məktəbli qız tapşırığını yazmadığı üçün həbs olundu

Amerikalı məktəbli qız ev tapşırığını yerinə yetirmədiyi üçün həbsxanaya göndərilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  ötən il təcavüz və oğurluqda ittiham olunan Qreys sınaq müddətinə azadlığa buraxılıb.

Lakin bu ilin may ayında hakim ev tapşırıqlarını yerinə yetirməməyi şərt pozuntusu hesab edərək, 15 yaşlı qızı yetkinlik yaşına çatmayan cinayətkarlar kompleksinə göndərib.

Miçiqan ştatının İcra Hakimiyyəti və qanunvericiliyi Qreysin sərbəst buraxılması üçün mübarizə aparır.

Qeyd olunur ki, Qreys diqqət çatışmazlığı sindromundan əziyyət çəkir və məktəblərin koronavirusla əlqədar keçdiyi onlayn dərsləri çətinliklə qavrayır.

Sizin Reklam Yeriniz