news Image
2013.07.26
15:39
| A A A
"Counter Strike"a yeni üzvlər gəlib

Movqe.Az xəbər verir ki, döyüş oyunlarının qabaqcıllarından "Counter Strike Online"a iki yeni qadın xarakter əlavə edilib." Zombies" də daxil olmaq üzrə bütün pis qüvvələrə qarşı döyüşəcək olan Choijiyoon və Ritsuka, gözəl, ağıllı və olduqca təhlükəlidir. Choijiyoon terror əleyhdarlarına aid olan kəşfiyyat bürosunun bir üzvüdür. Əzəli rəqibi Ritsuka mane olana qədər vəzifəsi terroristlərin arasına sızmaq idi. Lakin Ritsuka, onu Asiya Qırmızı Ordusu (ARA) haqqındakı gizli sənədləri araşdırmağa çalışarkən tutub və ölkəsinə geri dönməyə məcbur edib. Choijiyoon isə terror əleyhdarı üzvlərdən ibarət olan xüsusi bir birlik meydana gətirib və yeganə məqsədi terroristlərə aid o sənədləri yenidən ələ keçirməkdir. Asiya Qitəsində doğulan Ritsuka isə uşaq yaşdan bəri vətəndaş müharibəsinin içərisindədir.