Əlaqə Arxiv
news Image
2020.07.28
09:49
| A A A
NASA: Yer kürəsinə asteroid yaxınlaşır
ABŞ-ın aeronavtika və kosmik sahənin tədqiqatı üzrə Milli İdarəsi (NASA) 85-190 metrə qədər diametrə malik asteroidin Yer kürəsinə yaxınlaşması haqqında xəbərdarlıq edib. İdarənin məlumatına görə, "2009 PQ1" adı almış asteroid avqustun 5-də Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq. O, planetimizin yanından 3,2 milyon kilometr məsafədə, 13,4 km/s sürətlə keçəcək. Asteroid 14 avqust 2009-cu ildə kəşf edilib. Astronomlar onu Apollona - orbitləri Yer kürəsinin orbiti ilə kəsişən asteroidlərə aid edirlər.
Sizin Reklam Yeriniz