Əlaqə Arxiv
news Image
2020.08.11
08:50
| A A A
Bəd nəzərin varlığı TƏSDİQLƏNDİ: Bu şəxslərdən uzaq durun
İngiltərə Leeds Universitetinin parapsixoloji fakültəsində aparılan bir araşdırmada nəzərin mövcudluğu elmi cəhətdən sübut olunub. Publika.az xəbər verir ki, fakültə üzvləri psixoloji güclərinin olduğu qəbul edilən və rəngli gözlərə sahib olan 6 nəfərlə psixokinetik təcrübə aparıb. Bir həftə boyunca həmin adamlara bəzi cisimlər göstərilib və həmin əşyalara diqqətlə baxmaları tələb olunub.2 həftə sonra bəzi cisimlərdə morfolojik və biokimyəvi dəyişikliklər meydana gəlib. Xüsusi aparatlar təcrübə obyekti olan insanların gözlərindən çıxan elektromaqnit dalğaları qeydə alıb. Bu dalğaların fərqli tezliklərə malik olması da nəzərdən yayınmayıb. Leeds Universitetinin parapsixoloji fakültəsinin rəhbəri Artur Gall təcrübə ilə bağlı çap etdirdiyi məqaləsində qeyd edir: "Cisimlərdəki dəyişikliklər yalnız rəngli gözlərə malik olan insanların gözlərindəki rəngli fotoreseptorlardan yayılan beta şüalarından qaynaqlanıb". "Science" jurnalı aparılan araşdırmaya may buraxılışında yer ayırıb. Jurnalın üz qabığı "Kəmgözlük həqiqəti" manşetiylə diqqət çəkib. Eyni zamanda, jurnalın bu sayında müxtəlif elm adamlarının əldə edilən nəticəylə bağlı fikirləri də dərc olunub.
Sizin Reklam Yeriniz