Əlaqə Arxiv
news Image
2020.08.12
21:39
| A A A
İnsanın öləcəyini gözlərdən bilmək olur

Araşdırmaçılar ürəkçatışmazlığı xəstələrinin göz bəbəyinin ölçülərinə baxaraq öləcəyini qabaqcadan öyrənə biliblər.

“Report” xəbər verir ki, həkimlərin bu araşdırması “ESC Heart Failure” jurnalında dərc edilib.

Məlumata görə, alimlər iki il boyunca 870 nəfərlik qrupu müşahidə ediblər. Məlum olub ki, göz bəbəyi böyük pasiyentlərdən fərqli olaraq kiçik göz bəbəyi olan xəstələr iki dəfə daha çox ölüblər.

Bundan başqa, ağırlaşma səbəbindən onlar daha çox xəstəxanaya yerləşdiriliblər. Araşdırmaçıların fikrincə, göz bəbəyinin ölçüləri ürəkçatışmazlığı olan xəstələrin vəziyyətini qiymətləndirmək üçün yeni qeyri-invaziv metod ola bilər.

Sizin Reklam Yeriniz