news Image
2013.08.01
14:22
| A A A
"Qırmızı Fənər Küçəsi" bağlanacaq?

Movqe.Az xəbər verir ki, İqtisadi böhran səbəbiylə gəlir itkisi yaşayan Hollandiyalı seks işçiləri, kooperatifləşmə qərar alıb. Hollandiyada həyatın hər sahəsində hiss olunan iqtisadi böhran, seks işçilərinin həyatına da mənfi təsir göstərib. Böhran səbəbindən əhəmiyyətli dərəcədə gəlir itkisi yaşayan seks işçiləri, birləşmək qərarı alıb. İqtisadi böhran səbəbiylə seks işçiliyindəki qiymət və ödəniş siyasəti da dəyişib. Bir çoxu aşağı ödəniş qarşılığı xidmət vermək məcburiyyətində qalıb. Xüsusilə Amsterdam, Haaqa və Rotterdam kimi böyük şəhərlərdə, seks işçiləri üçün problemlər gedərək artır. Hollandiyalı seks işçilərinin qurduğu "Geisha" adlı dərnəyin başçı Ilonka Stakelborougha görə, bir çoxu müştəri gözlədikləri vitrinlərin kirayəsini belə ödəyə bilməz vəziyyətdədir. Amsterdamdakı məşhur "Red Light District" də(Qırmızı Fənər Küçəsi) əvvəllərl seks işçilərinin xidmət əvəzinin "alt sərhədi" 50 avrodan başladığı halda, bu miqdar hazırda 20-30 avro səviyyəsinə çatıb. Laheydə isə qiymətlər daha da azalıb. Geisha Dərnəyi Başçısı Stakelborough, qiymətlərdəki eniş və böhranın dərinləşməsiylə birlikdə seks işçilərinin "riskli cinsi tətbiqlərə" boyun əyməyə başladıqlarını söyləyib. Dərnək, seks işçilərini böhrandan qorumaq üçün yeni bir layihə hazırlayır. Buna görə böhran, "kooperatifləşmə" yolu ilə aşılacaq. Seks işçiləri, gələcək ildən etibarən kooperativlər kiralayacağı yerlərdə çalışacaq. Qiymət siyasəti və seks işçilərinin təhlükəsizliyi də kooperativ nəzarətində olacaq. Amsterdamda yerləşən "Red Light District" ya da "Qırmızı Fənər Küçəsi", yeniləmə layihəsi çərçivəsində bağlana bilər.   Layihə çərçivəsində, bu bölgədə olan və seks işçilərinin müştəri gözlədiyi vitrinlərin bağlanılması da gündəmə gəlib. Hazırda 62 vitrin bağlanılıb və bu ədədin 100-ü keçməsi gözlənilir. Avropadakı bəzi qadın təşkilatları, pul qarşılığı seks xidmətinin azaldılmasını və fahişəliyin qadağan edilməsini tələb edir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs