Əlaqə Arxiv
news Image
2013.08.05
16:30
| A A A
Tvitter üzr istədi

Movqe.Az xəbər verir ki, xüsusilə İngiltərədə gedərək daha çox istifadəçinin Tvitterda məruz qaldıqları təhdid və təcavüzlərdən dolayı şikayət etməsi üzərinə şirkətin bu ölkədəki müdiri Toni Vang üzr istəyib. Vang, qadınlara yönəldilən təcavüz və bombalama təhdidlərinin "qəbul edilə bilməz" olduğunu ifadə edərək "O qadınlardan şəxsən üzr diləyirəm. İstifadəçilərimizi qorumaq üçün daha yaxşısını edə bilərik və edəcəyik "deyib. 2 nəfərin nəzarətə alındığı cəmi 7 hədə-qorxu hadisəsi istintaqını İngilis polisi davam etdirir.  Saytın qaydalarına, istifadəçilərin digərlərinə "sui-istifadə və təcavüz edə bilməyəcəyi" də əlavə olunub. Həmçinin tezliklə bütün platformalarda Tvitterə bir "Təhqiri Xəbər ver" variantı əlavə olunacaq. Qaydadan kənar davranışları təyin etmək üçün əlavə heyət də vəzifələndirilib.

Sizin Reklam Yeriniz