news Image
2013.08.06
12:35
| A A A
Ağıllı telefonlar tibbi avadanlıqları əvəz edəcək

21-ci əsr bir çox sahədə olduğu kimi tibb sahəsində də texnoloji asanlıq vəd etməyə davam edir. Günümüzdə ağıllı telefonlardan istifadə edənlərin sayı durmadan artır. Həmin telefonların tibbi baxımdan yerinə yetirdiyi müxtəlif funksiyalar bir çox hallarda artıq hesab olunan və təkrarlanan həkim müayinələrini lüzumsuz edir. 

Yaxın zamanlarda əczaçılıq dükanından alınacaq bir neçə məhsul və smartfon telefonu bəzi insanlar üçün kafi hesab olunacaq. Bu telefonlar təzyiqi ölçməyə, qan şəkərinə nəzarət etməyə qadirdir. Məlumata görə bu cihaz vasitəsi ilə an ba an ürək atışlarınıda dinləmək mümkündür. 

Deyilənə görə ilk öncə ABŞ-da istifadə edilməyə başlanan bu cib telefonu ümumi müayinə texnologiyasının xərcsiz və zəhmətsiz xüsusiyyəti ilə bütün dünyada rezonansa səbəb olacaq. 

Ekspert Garry Manning-in sözlərindən aydın olur ki, müasir texnologiya ilə xəstə haqqında bütün məlumatları həkimə ötürmək olur. 

Doktor Topol isə bildirir ki, yaxın gələcəkdə kiçik nano çipləri insanın dərisi altına yerləşdirməklə bütün sağlamlıq məlumatlarını anında cib telefonunda görmək mümkün olacaq. Onun sözlərinə görə 5 il sonra nano texnoloji çiplərin qana yerləşdirilməsi ilə xərçəngli hüceyrələrə belə nəzarət etmək mümkün olacaq. 

Ekspertlərin fikrincə hər xəstəliyi cib telefonu və internet bağlantısından həll edəcəyimiz dövr o qədər də uzaq deyil. Məlumata görə "doktor aplikasiyası" 2014-cü ilin mart ayından satışa çıxmağa hazırlanacaq. Bununla hər bir insan uşağın qızdırmasından tutmuş bir çox proseslərə özü nəzarət edə biləcək. 

Qeyri-adi görünsədə həyəcan verici amma bir o qədər də düşündürücü bir gələcək bizləri gözləyir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs