Əlaqə Arxiv
news Image
2013.08.12
12:30
| A A A
Medallar dəyişik düşdü

Futbol Federasiyası "Qalatasaray"ın medallarını "Fənərbaxça"ya verdi

Dünən Türkiyə Super Kuboku uğrunda keçirilən oyunda "Qalatasaray" "Fənərbaxça"nı 1-0 hesabı ilə məğlub edərək kubokun sahibi olub. Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Super Kubok finalının ardından keçirilən kuboku təqdimetmə mərasimində çempion və finalçılara verilən medallar dəyişik düşüb.


Lakin oyundan sonra medalların komandalara yanlış olaraq verildiyi məlum olub. Yəni birincilik medalları "Fənərbaxçaya", ikinci yerin medalları isə "Qalatasaray"a təqdim edildiyi aydınlaşıb. Türkiyə Futbol Federasiyasının məsul şəxsləri medalları soyunma otağına toplayaraq öz sahiblərinə qaytarıblar.


Sizin Reklam Yeriniz