news Image
2013.08.12
22:04
| A A A
Bu da "Samsung Galaxy Note 3"

Movqe.Az xəbər verir ki, Samsungun son istehsalı "Galaxy Note 3"ün təqdimatına azvaxt qala yeni məlumatlar gəlməyə davam edir. Bu dəfəki  məlumat cihazın batareyası haqqında olub. Yeni gələn məlumatlara görə Galaxy Note 3, 3450 mAh batareya gücü ilə istifadəçinin qarşısına çıxacaq. Şirkət keçən il bazara çəxardığı "Galaxy Note 2" modelində də olduqca təsirli bir batareya performansı təqdim etmişdi. "Galaxy Note 3"ün sızdırılan fotoşəkilində arxa qapağı açıq və batareya məlumatı görülə bilir. Galaxy Note 2-nin 3100 mAh batareya gücünə qarşı 3450 mAh batareya təqdim edəcək olan "Galaxy Note 3"ün Full HD ekran və daha güclü prosessoruyla əvvəlki modelə görə daha çox enerji xərcləyəcəyi düşünülür. Galaxy Note 3, 5,7 və ya 6-düym ölçüsü arasında bir 1080p Super AMOLED ekrana sahib olacaq. Cihaz dörd nüvəli Exynos 5420 ya da dörd nüvəli Snapdragon 800 prosessorla yanaşı 3GB RAM, optik görüntü sabitləmə ilə 13-meqapikselli kamera, LTE-A bağlantısı və Android 4.3 Jelly Bean kimi xüsusiyyətlərə sahib olacaq. Samsungun Note 3-ü rəsmi olaraq 4 Sentyabrda tanıtması gözlənilir. Həmçinin Samsungun gələcək fableti üçün yayımlanan bir DLNA sertifikatı, cihazın həqiqətən qutusundan Android 4.3 ilə birlikdə çıxacağını təsdiqləyib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs