news Image
2013.08.13
17:16
| A A A
Ofsiantsız restoran

Movqe.Az xəbər verir ki, texnologiyanın həyatımıza gətirdiyi avtomatik sistemlər sayəsində Yaponiyada ofsiantlıq peşəsi artıq tarixə qarışır. Tokioda bir çox Suşi restoranı, edən hərəkət  lentlər üzərində müştərilərinə suşi xidməti verir. Restoranlar mətbəxində mikroçip ilə təchiz edilmiş xüsusi qablara sifarişə görə suşi hazırlanır. Suşi hazırlanması hərəkət edən lentlər üzərində reallaşır və müştəriyə yenə bu lent üzərindən çatır. Müştərinin etməsi lazım olan yeganə şey masanın üzərində olan sensoelu ekranlardan sifarişlərini vermək olur. Restoran sahibləri bu texnologiyanı istifadə edərək istehsal xərclərini salır və müştəriyə daha ucuz suşi növləri təqdim etmə imkanı tapır. Mikroçip ilə təchiz edilmiş xüsusi qablar şəffaf, üzərində çip olacaq şəkildə hazırlanmış, içində olan suşi yeməyinin nəmindən, nə qədər müddətdən bəri qabda olduğu kimi müxtəlif məlumatları restoran idarəçisinə göndərir. Universitet təhsil vəzifəlisi Ryozo Aida xidmətdən çox məmnun qalıb və "Uzun gözləmə müddəti yoxdur. Hər şey çox sürətli və çox ucuzdur." deyib. Restoranların içi kameralar ilə təchiz olunub. İdarəçilər bu kameralar sayəsində yeriyən bant üzərindəki suşini izləyir və xidmətin doğruluğuna nəzarət edə bilirlər. Yapon mətbəxi ümumi xüsusiyyətləri bol balıq, tərəvəzlər, düyü və qabıqlı heyvanlardan ibarətdir və ən tez seçilən yeməklərin başında suşi gəlir. Suşi Yapon mətbəxində sirkəli plov ilə hazırlanan yeməklərə deyilir. Ən məşhur və bilinən suşi isə düyü üstünə yatırılan çiy balıqla edilən nigiri suşisidir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs