news Image
2012.05.16
10:52
| A A A
Dulların toy mərasimi keçirilib

Movqe.Az BBC-yə istinadən bildirir ki, Nigeriyada yerli rəhbərliyin təşkilatçılığı altında 100 cütlüyün toy mərasimi keçirilib.

Bu, boşanmış ya da dul qalmış qadınlar üçün planlaşdırılan ilk toy idi. Cəmi 1000 cütlüyün evləndirilməsi planlaşdırılır.

Bu evliliklərin məqsədi Kano əyalətindəki subay qadınların sayının azaldılması, qadınlara dinc ev mühiti, ictimai və maddi təhlükəsizliyin təmin edilməsidir.

Toy bölgənin rəhbəri Kano Əmirinin sarayında keçirilib.

Kürəkən namizədləri diqqətlə seçilib.

Evliliklərin əksəriyyəti müsəlman olan əyalətdəki İslam nüfuzları tərəfindən nizamlanıb.

Kano əyalətində boşanmış ya da dul qalmış qadınlar və uşaqları tez-tez küçəyə düşürlər.

Fevral ayında başladılan bir radio kampaniyası vasitəsi ilə dini şəxslər subay kişiləri evlilik üçün müraciət etməyə dəvət edib.

Kürəkən namizədlər müxtəlif yoxlamalardan keçirilib, hər birinə QİÇS testi etdirilib.

Gəlinin ailəsinə kürəkən tərəfindən ödənən başlıq pulu bu razılaşmalı evliliklərdə əyalət rəhbərliyi tərəfindən ödənib.

Qadınların cehizləri də dövlət tərəfindən alınıb.

Belə razılaşmalı evliliklər Şimali Nigeriyada olduqca məşhurdur.

Bundan əlavə, qadınların bu razılaşmalı evliliklər üzərində söz haqqı var.

Qadınlar kürəkən namizədlərini bəyənməsə evlənməkdən imtina edə bilərlər.

Bu proqram daxilində evlənən kişilər dini nüfuzların icazəsi olmadan arvadlarını boşamaq haqqına sahib olmayacaq.

Toyu təşkil edən rəsmilər ilk toyun Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ailə Gününə düşdüyünü bildiriblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs