news Image
2013.08.22
21:17
| A A A
Bu da Samsung Galaxy Golden!

Movqe.Az xəbər verir ki, Mobil texnologiya dünyasında, illər sonra yenidən cüt ekranlı və qapaqlı bir telefon üzərinə çalışan Samsung, bu dəfə daha ağıllı və texnoloji modellər ortaya çıxarmağa hazırlaşır. Ötən günlərdə sizlərlə paylaşdığımız xəbərimizdə Samsungun fərqli anlayışa sahib bir model üzərində çalışdığını söyləmişdik. SHV-E400 model nömrəsinə sahib Galaxy Golden Cənubi Koreyada rəsmi olaraq tanıdılıb. Android 4.1 əməliyyat sistemini istifadə edən ağıllı model, 3.7 düym böyüklükdə və 480 x 800 dəqiqlikdə AMOLED ekran texnologiyasıyla gəlir. Cüt tərəfli, sensorlu və çevirilə bilən ekran funksiyalı Golden, 1.7 GHz sürətində işləyən cüt nüvəli prosessor istifadə edir. 8 MP arxa və 1.9 ön kameraya sahib ağıllı model, LTE dəstəyini və 1820 mAh batareya gücünü də texniki xüsusiyyətləri arasında saxlayır. Çıxış tarixi hələ bilinməsə də telefonun qiymətinin 715 dollar olacağı bilinir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs