news Image
2013.08.28
14:57
| A A A
iPhone 5s-in görüntüləri mətbuata sızdı

Movqe.Az xəbər verir ki, iPhone 5 ilk çıxandan ən çox danışılan şübhəsiz sürəti olmuşdu. Apple-ın payızda bazara çıxarmağı planladığı iPhone 5S-in  mövcud modelindən 31 faiz daha sürətli olacağı deyilir. iPhone 5S-in digər xüsusiyyətləri arasında, barmaq iziylə düymə kilidi açmaq, "slow motion" çəkiliş edə bilən kamera və daha sürətli bir çip var. Mütəxəssislərə görə eyni əməliyyatlar yeni çıxacaq iPad üçün də etibarlı olacaq. Analyst Ming-Chi Kuo, daha sürətli bir prosesin böyük ehtimalla yaxın zamanda olacağını söyləyir. Ekranındakı barmaq iziylə açılan ekran kilidi, basıldığında rəng dəyişdirir və "şəxsiyyət təyin etmə təsdiqləndi" şəklində xəbərdarlıq verir. iPhone 5S-in bu xüsusiyyəti sanki elmi-fantastik filmindəki  hissi verir. Təbii bu barmaq izi məsələsi eyni zamanda müzakirələrə də gətirib çıxarır. İnsanlar barmaq izi kimi xüsusi bir şeyin ağıllı telefonlar vasitəsilə başqalarının əlinə keçə biləcəyindən narahatdır. Təbii 5s ilə əlaqədar başqa söz-söhbət də fərqli rəng variantı olacağı idi. Ehtimalla qara və ağ rənglə yanaşı qızılı rəngi də payızda bazara çıxarılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs