Əlaqə Arxiv
news Image
2012.05.17
21:00
| A A A
Uşaqlar nəylə qidalanırlar?
 Hər bir valideyin övladının yaxşı qidalanmasını istəyir. Lakin bu gün uşaqların əksəriyyəti fastfud və ziyanlı içkilərdən istifadə edirlər. Bununla bağlı Movqe.Az-a həkim Nəcibə Axundzadə açıqlama verdi.

"Qeyd edək ki, bu gün yeniyetmələrin əksəriyyəti artıq çəkidən əziyyət çəkirlər. Bütün bunlara səbəbsə, ziyanlı qidalardır. Statistik rəqəmlərə görə, dünyada 42 milyon uşaq artıq çəkidən əziyyət çəkir.

Onuda qeyd edim ki, uşaqlıqdan valideyinlər körpəyə nəyin dadlı, nəyində xeyirli olduğunu başa salsalar, belə nəticələrlə üzləşmərik.

Misal üçün, artıq çəkidən əziyyət çəkən və düzgün qidalanmayan uşaqlar daha çox Rusiyadadır. Səbəbsə onların mütəmaddi olaraq kolbasa və sosiskadan istifadə etmələridir.

Bundanda əlavə, uşaqların düzgün qidalanmamasında reklamlar da böyük rol oynayır. O yaşda olan uşaqlar hər şeyə tez inanırlar. Bu səbəbdən də, reklamda gördüklərini tələb edirlər.

Uşaqlar üçün təhlükəli sayılan qidalara: şokolad, quru yeməklər, kolbasa və sosiska, hamburger, rəngli içkilər daxildir", - N.Axundzadə dedi.

 

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz