Əlaqə Arxiv
news Image
2012.04.03
20:22
| A A A
Toyuqlar zibilə qarşı
Fransanın şimal-qərbində yerləşən Pins kəndinin hökumət nümayəndələri qeyri-adi - hər bir evə iki toyuq vermək təklifilə çıxış ediblər. Gözlənilir ki, bu, üzvi zibilin azalmasına kömək edəcək.

Təşəbbüsün müəllifləri hesablamışlar ki, hər bir toyuq ildə 150 kq-a qədər zibil yeyə bilər. Daha bir üstün cəhət də vardır: toyuqlar kəndliləri təkcə zibildən xilas etmir, həm də onları yumurtaya pul xərcləməkdən azad edir. Hökumət nümayəndələrinin təklifində maraqlı olanlar toyuqları cari ilin sentyabrında əldə edə bilərlər.

Kəndin meri Lidi Pastonun sözlərinə görə, əvvəlcə bu, sadəcə olaraq zarafat olub, lakin sonra hakimiyyət nümayəndələri başa düşüblər ki, təşəbbüs həmçinin ictimai əlaqələri də gücləndirə bilər: müvəqqəti olaraq evdə olmayan qonşuların it və pişiklərinə, eləcə də toyuqlarına baxa bilərlər.

Hazırda məlumdur ki, Pinsdə toyuq almağa 15-20 ev razılıq verib.

Qeyd edək ki, zibil əksər ölkələrdə ciddi problemə çevrilib. 2007-ci ildə İtaliyanın Neapol şəhərində şəhər zibilxanalarının həddən çox dolması səbəbindən fövqəladə vəziyyət yaranmışdı.

Yeri gəlmişkən, ABŞ sakinləri 48 milyard ton plastik zibil atır və bunun yalnız 7 faizi yenidən emal olunur. Qalanları isə yeraltı zibilxanalara göndərilir. Bəzi populyar Böyük Britaniya çimərlikləri plastik zibil təbəqəsi altında qalıb. İllik araşdırmalar göstərir ki, çimərliklərdə plastik paketlərin, butılkaların, iplərin və bükülülərin miqdarı son 15 il ərzində 12 faiz artıb. Bu zibillərin, demək olar ki, yarısını qum üzərində istirahət edənlər saxlayırlar və yalnız 15 faizi sahilə gəlmiş balıqçılıq gəmilərinin zibilləri olur. Zibilyığanlar təkcə bir çimərlikdən 16243 plastik butılka, 7393 paket, plastik maddədən hazırlanmış mətbəx əşyalarının fraqmentlərini, sinilər, plastik çöplər və fincanlar yığıblar.
Sizin Reklam Yeriniz