news Image
2013.12.24
11:01
| A A A
Cənubi Sudanda "Kütləvi etnik cinayətlər"

Movqe.Az xəbər verir ki, Cənubi Sudanda bir həftədən çoxdur ki, etnik sui-qəsdlər törədilməsi iddialarının yeni detalları üzə çıxır. Jubadakı  şahidlərin sözlərinə görə, əsasən Nuer etnik qrupunun nümayəndələri olan 200 insan təhlükəsizlik qüvvələri tərəfindən öldüülür. Cənubi Sudan höküməti isə hər hansı etnik zorakılığın olmadığını iddia edir. Hesabata örə, MBT baş katibi Ban-gi-Mun Təhlükəsizlik Şurasını çağıraraq, 7000-lik qouna daha 5.500 əsgər göndərib. Üsyançıları dəstəkləyən, qovulmuş keçmiş nazir köməkçisi Riek Maçar ötən həftə əhəmiyyətli strateji-əhəmiyyətli şəhərləri ələ keçirib. On minlərlə insan mübarizədən boyun qaçırıb.  Mindən çox insan döyüşlərdə həlak olub, 40.000 mülki vətəndaşa isə BMT tərəfindən sığınacaq verilib.