Əlaqə Arxiv
news Image
2012.04.04
23:17
| A A A
Aqil M.Quliyev və Kamal Cenk İçtən maraqlı görüntülərə səbəb olublar – FOTOSESSİYA
Onların ayaqüstə söhbəti diqqəti cəlb edib

Təşkilatçı-prodüser Kamal Cenk İçtən və rejissor Aqil M.Quliyev birgə görünüblər. Movqe.Az-ın fotokamerasına tuş gələn K.C.İçtən və A.M.Quliyev axşam vaxtlarında gecə klubların birində ayaqüstə söhbət edərkən, maraqlı görüntülərə səbəb olublar.

Hər iki şəxs söhbətlərinin əvvəlində simalarında təbəssüm ilə başlasalar da, daha sonra ciddi müvzuya müraciət etdikləri jestlərindən hiss olunurdu. Bir-birilərini diqqətlə dinləyən, ətrafda olan insanların diqqətini üzərilərinə çəkən K.C.İçtənin və A.M.Quliyevin yeni layihə üzərində çalışdıqları, yaxud işbirliyinin olacağı qənaətinə gəldik. Bu səbəblə də K.C.İçtənə müraciət etdik. Təşkilatçı-prodüser Aqil ilə dost olduğunu və hazırda hər hansı bir layihə ilə bağlı çalışmadıqlarını bildirdi:

"Hazırda hər hansı bir işbirliyimiz yoxdur. Aqil ilə dost-qardaş münasibətindəyik. Neçə ildir ki, bir-birimiz ilə danışırıq, görüşürük. Təbii ki, hərdən hər hansı bir layihə ilə bağlı danışırıq. Aqil ilə münasibətimiz yaxşıdır. Planlaşdırdığımız, məsləhət bildiyimiz layihələr olur. Amma hazırda isə yaradıcılıqla bağlı işbirliyimiz yoxdur. Bəlkə gələcəkədə nə isə ortaq bir işimiz ola bilər. Bunu da zaman göstərəcək", - K.C.İçtən dedi.


Fuad Mədətov
















Sizin Reklam Yeriniz