news Image
2014.01.03
17:10
| A A A
Buz kimi ənənə

Movqe.Az xəbər verir ki, Nyu Yorkda təxminən 2 min 500 nəfər , sıfırın altındakı soyuq hava və buz kimi suya diqqət etmədən okeana atlayıb. Yeni ilə başlayarkən "təmizlənmə" mənası daşıyan fəaliyyət , 1903-cü ildən bu yana davam etdirilir.


Nyu Yorkda 1903 -ci ildən bu yana davam edən ənənəni yaşatmaq istəyən təxminən 2 min 500 nəfər , ilin ilk günündə sıfırın altına düşən soyuq havaya diqqət etmədən çimərlik geyimi və kostyumlarla Atlantik Okeanına baş vurub. Coney adası qütb ayıları Klubu tərəfindən təşkil edilən ənənəvi fəaliyyətə bir çox dalğıc və üzmə klubu dəstək verib. Xəstə uşaqlara yardım təşkilatlarında istifadə edilmək üçün iştirakçılardan 20 dollar hədiyyə etmələri istənən fəaliyyətə təxminən 2 min 500 nəfər qatılıb. İştirakçılar , fəaliyyətdən əvvəl toplandıqları Coney adası Çimərliyi girişində rəqslər müşayətində ,şəkil çəkdirib. Yeni ilə başlayarkən "təmizlənmə" mənası daşıyan fəaliyyət Kateqoriyalar halında reallaşıb. Başlanğıc xəttində toplanan Amerikalılar başlama işarəsiylə qışqırıqlar ataraq özlərini soyuq sulara atıb.