news Image
2014.01.06
16:30
| A A A
Artıq qapılarınızı açarla yox, “Google Glass”la açacaqsınız

Movqe.Az xəbər verir ki, "Google Glass" çox deyil , düz bir il sonra avtomobil qapılarının kilidini açıb bağlaya biləcək. Yaxın gələcəkdə yayılması gözlənilən geyilə bilən texnologiyalar gündəlik bir çox təkrarlanan vəzifəni yerinə yetirə biləcək  bir hala gələcək. Ağıllı saatlar ilə saata baxmaqdan başqa qolumuzda kompüter daşımağa başladığımız kimi , Google Glass ilə də əlimizə hər hansı bir cihaz almadan gözümüzlə e- məktublarımızı axtara biləcəyik . Gələn xəbərlər Hyundainin 2015-ci ildə ortaya çıxarması gözlənilən yeni model avtomobili "GENESIS"in Google Glass dəstəyini daşıyacağını göstərir.

 Bəs bu necə olacaq? Məsələn avtomobilinizin qapısını açmaq istədiyinizdə açara ehtiyacınız olmayacaq ; bunun üçün yalnız Google Glass-ın gözünüzün qarşısında olması kifayətdir. Blue Link adlı tətbiq sayəsində Google Glass ilə avtomobilin qapıları uzaqdan açıla və hətta kilidlənə biləcək .

 

Bundan başqa 2015 model Genesis ilə yanaşı naviqasiya texnologiyası da forma dəyişdirəcək və xəritəni istifadəçilər gözlüyüylə izləyərkən, istər vasitə ekranından , istərsə də eynəklərindən yolu xəritə vasitəsilə izləyə biləcəklər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs