news Image
2014.01.07
13:20
| A A A
Samsung 34 milyard dollar qazanc əldə etdi, amma..

Cənubi Koreyanın elektron nəhənglərindən Samsung , daha bir rekorda imza atıb. 2013-ci ilin dördüncü rüb rəqəmlərinə görə şirkət keçən il 213 milyard dollar gəlir əldə edib , bunun 34 milyard dollarının kar olduğu bildirilib. Samsung beləliklə , illik kar və gəlir rekordunu qırmış olub. Movqe.Az xəbər verir ki, Samsungun 2012-ci ilə nəzərən 2013 rəqəmləri ilə öz rekordunu qırmasına baxmayaraq nəticələrdən çox da məmnun olmadığı deyilir. 

Şirkətin kar mövzusunda da ümüdsüzlük yaşadığı iddia edilir. Üçüncü dörddəbirdə təxminən 10 milyard dollarlıq kar əldə edərək dünyadakı 5 şirkətdən biri halına gələn Samsung , dördüncü dörddəbirdə 18,31 faizlik eniş yaşayaraq 7,7 milyard dollar qazanc əldə edib . Bu rəqəm 2012-ci ilin dördüncü yarımilindəki 8 milyarda yaxınlaşan qazanc miqdarından azdır.