Əlaqə Arxiv
news Image
2014.02.02
20:26
| A A A
Meyvələrin kalori cədvəli

Kalori orqanizmin enerji tükətimi və ehtiyacını ödəyən bir sağlamlıq terminidir. Qəbul etdiyimiz qidalar mədəyə gedərək orda həzm olunur sonra isə nazik və yoğun bağırsaqlar vasitəsi ilə qanımıza qarışır. Bu zaman həzm olunmayan qida qalıqları orqanizmadan xaric olunur. Qidanın tərkibindəki bəzi minerallar isə lazım olan orqana çataraq öz fəaliyyətini yerinə yetirir. Bu zaman kalori isə qanımızdakı oksigenlə reaksiyaya girərək yanır və orqanizmi istilik və enerjisi ilə təmin edir.

Bu nöqteyi nəzərdən gün ərzində müəyyən miqdarda kalorili qida qəbul etməyimiz vacibdir. Kalori əsasən təbii qida vasitələrində o cümlədən meyvələrdə daha çox olur. Meyvələrin tərkibində kalorinin miqdarını cədvəl vasitəsi ilə sizə çatdırırıq.


Meyvə Meyvənin Miqdarı Kalorinin miqdarı


Alma 80 qramında 60 Kkal

Ərik 10 qramında 8 Kkal

Banan 40 qramında 100 Kkal

Xurma 1 ədədində 15 Kkal

Əncir 100 qramında 41 Kkal

Kivi 1 ədədində 34 Kkal

Üzüm 100 qramında 57 Kkal

Şaftalı 80 qramında 60 Kkal

Qarpız 100 qramında 19 Kkal

Qovun 100 qramında 18 Kkal

Heyva 100 qramında 57 Kkal

Gilənar 100 qramında 60 Kkal

Avokado 100 qramında 147 Kkal

Tut 100 qramında 93 Kkal

Armud 100 qramında 70 Kkal

Mandalin 1 ədədində 50 Kkal

Çiyələk 100 qramında 26 Kkal

Limon 100 qramında 27 Kkal

Albalı 100 qramında 40 Kkal

Sizin Reklam Yeriniz