news Image
2014.02.04
12:34
| A A A
Facebook "Paper" tətbiqi ilə daha da məşhurlaşacaq !

Yaradılışının10. ilini qeyd edən Facebook, yeni çıxardığı tətbiqi "Paper" ilə istifadəçilərinə Flipboard keçid imkanı və daha fərdi istifadə imkanı təqdim edəcək.


Movqe.Az xəbər verir ki, 1.25 milyard aktiv istifadəçiyə sahib olan Facebook yeni tətbiqiylə adını çox hallandıracaq kimi görünür. Son dövrdə yaşanan yox olma iddialarından sonrası "sürətli hərəkət et və nəyisə dəyişdir" şüarı ilə yenilənən Facebook bu sayədə bazardakı yerini qorumağa çalışacaq. 


Facebook yeni tətbiqi "Paper"la istifadəçilərinə xüsusi qəliblər təqdim edir. Sizin təyin etdiyiniz texnologiya , səhiyyə və bənzəri kateqoriyalarda xəbərlər , məqalələr və fotoşəkillər təqdim edən Facebook ekranda yan-yana düzülən üfüqi kartlarla seçdiyiniz mövzuda məlumat sahibi olmağınızı təmin edir. 


İstifadəçilərinə Flipboard keçid imkanı verən Facebook ilə ekrandakı elementləri sürüşdürərək istədiyiniz xəbəri və rəsmi görə bilirsiniz. Bir qəzet səhifəsi kimi fotoşəkillərin və xəbərlərin qatlana bilməsi imkanını da təqdim edən Facebook ABŞ-da dünəndən etibarən iOS istifadəçiləri üçün tətbiqi istifadəyə verilib. Hələlik yalnız iOS istifadəçiləri üçün təqdim olunan "Paper"in sonrakı müddətdə digər telefon formatları üçün də təqdim edilməsi gözlənilir.