Pop müğənnisi prezidentliyə namizəd olub
Mövqe.az xəbər verir ki , Misirin məşhur pop müğənnisi prezidentliyə namizəd olub. Misirin məşhur pop müğənnisi Saad əs-Soğayar may ayının sonunda keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.
Əl-Arabiyanın xəbərinə görə əs-Soğayar rəsmi olaraq namizəd olmaq üçün lazımlı sənədləri təqdim edib
"Xalqa dövlət başçısı Saad əs-Soğayar dövründə rifah içərisində yaşaya biləcəklərini sübut etmək istəyirəm." deyən Es-Soğayar, seçiləcəyi təqdirdə hər kəsə bir mənzil, nəqliyyat vasitəsi və havayı səhiyyə xidməti verməyi öhdəsinə götürdüyünü bildirib.
Əfqanə Məzahirqızı