Əlaqə Arxiv
news Image
2014.02.05
11:01
| A A A
Şair robot xəbəri şeirə çevirir

"New York Times" üçün inkişaf etdirilən Haiku Bot  adlı proqram , xəbərlərdən qafiyəli mətnlər çıxarır.


Movqe.Az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Nieman Journalism Lab adlı proqram firmasının , "New York Times" qəzeti üçün kodladığı "Haiku Bot " adlı proqram , internet istifadəçilərinin marağını çəkib.

 Haiku Bot , qəzet xəbərlərini qafiyəli bir şəkildə yenidən hazırlayır və əldə etdiyi məlumatları Haiku adı verilən 3 sətirlik ənənəvi Yapon şeiri formasında oxuculara təqdim edir. 

Ceykob Harris adlı mütəxəssisin icad etdiyi "şeir robotu" hər gün bir çox xəbəri nəzərdən keçirir. 


Proqramın ixtiraçısı Harris "Hazırladığım robotun estetik anlayışı təbii ki, yoxdur. Bu səbəbdən ortaya çıxan sətirlər bədii dəyər daşıyan şeirlərə bənzəmir. Lakin şer yaratmaq mövzusundakı müvəffəqiyyəti görülməyə dəyər" deyə bildirib.

Sizin Reklam Yeriniz