Əlaqə Arxiv
news Image
2014.02.07
15:40
| A A A
Cəsədlə "Selfie"

 Selfie çılğınlığı o qədər artıb ki, hətta istifadəçilərdən biri cəsədlə çəkdiyi fotoşəkili Instagramda paylaşaraq bütün dünyanı "ayağa qaldırıb".  

Son dəfə Birminghamda yerləşən Alabama Universitetində tələbə olan bir gənc qız ötən gün Instagram vasitəsilə fotoşəkilini paylaşıb və fotoşəkildə onu bir cəsəd müşayət edirdi. 

Universitetin biologiya müəssisəsində olan cəsədlər arasına girərək bu fotoşəkili çəkən gənc qızın fotoşəkili internetə qoymasıyla Instagram şikayət yağışına tutulub , fotoşəkil qısa müddətdə səhifədən qaldırılıb.

Məktəb rəhbərliyi isə cəsədlər olan hissədə telefon və fotoşəkil maşınlarının istifadəsinin qadağan olduğunu xatırladıb və hadisə haqqında araşdırma başladıldığını və eyni hadisənin təkrarlanmaması üçün əllərindən gələni edəcəklərini qeyd edib.

"Selfie" insanın öz şəklini çəkib, sosial shifələrdə paylaşmasına deyilir.

Sizin Reklam Yeriniz