news Image
2014.02.09
20:10
| A A A
Unutqanlığın çarəsi var

Unutqanlıq insanların yaddaşlarının bağlandığı nöqtə kimi tərifləndirilir. Günümüzdə isə aktual problemlərdən biri hesab olunur. Kimi zaman fiziki bəzən də psixoloji səbəblərdən ortaya çıxan unutqanlıq insanın həyat keyfiyyətinə mənfi istiqamətdə təsir edir. Bu həmçinin bəzi hallarda ciddi problemlərə də yol açır. 

Yaxın yaddaş hesab olunan "Hipokampus"-un vəzifəsi yaxın zamanda reallaşan hərəkətləri və aldığımız məlumatları saxlamaqdır.

Davamlı olaraq ağlımızda tutduğumuz qiymətli anlarımız isə beynin korteks dediyimiz qabıq hissəsində saxlanmış olur. 

Bu baxımdan sözügedən hissə olduqca böyük bir tutuma sahibdir. Ona görə də qiymətli hesab olunan bu parçanı məhsuldar istifadə etmək lazımdır. 

Bundan əlavə unutmağa səbəb olan faktorları da bilmək vacibdir. Həmin faktorlara damar sərtliyi (ateroskleroz), yaşla birlikdə beynin qlükoza mübadiləsinin pozulması (metabolik sindrom), depressiya, piylənmə xəstəliyi, sakit və sabit həyat, nəzarətsiz hipertoniya, hormonal təsir (erkən menopauza, tiroid xəstəlikləri), siqaret və spirt istifadəsi də daxildir.

Yaddaşı gücləndirmək və lazımi səviyyəyə gətirmək üçün əlavə olaraq puzzle həll etmək, iş xaricində kitab oxumaq, boş vaxtlarınızda gündə 1saat gəzintidə olmaq, yuxu saatına və qidalanmaya fikir vermək, toksiki maddələrdən və stressdən uzaq olmaq, şəxsi hobbiyə vaxt ayırmaq lazımdır. 

Lazımi imkanlardan səmərəli şəkildə istifadə etməklə bu performansı qorumaq mümkündür. 

Bu işdə qan dövranı, ekoloji faktorları, həyat formasını nəzərə almaq da əhəmiyyətli və gərəklidir.