news Image
2014.02.10
12:46
| A A A
Alzheimer xəstələrinə şad xəbər!

Alzheimer xəstələri üçün şad xəbər verilib. Movqe.Az xəbər verir ki, onların kök yeməklə bu xəstəliyi yenə biləcəkləri deyilib.

Son illərin müasir xəstəliklərindən olan Alzheimerin Alman həkim Alzheimer tərəfindən ilk dəfə bir qadın xəstəsi sayəsində ortaya çıxdığını xatırladan Dr. Coşqun , bu xəstəliyin hal-hazırda xərci yüksək olan xəstəliklər arasında, ürək və xərçəngdən sonra üçüncü sırada yerləşdiyini deyib.

 Alzheimer xəstəliyinin 65 yaşdan yuxarı fərdlərdə 5-10 faiz nisbətində görüldüyünə diqqət çəkən həkim , bu faizin 65 yaşından sonra gələn hər 5 ildə 2 dəfə  artdığını söyləyib.

 O, xəstəliyin , ən əhəmiyyətli əlamətinin gündəlik həyat funksiyalarına təsir edəcək səviyyədə yaddaş itkisi olduğunu vurğulayaraq , " Alzheimer xəstələri , gündəlik həyat funksiyalarını yerinə yetirməkdə çətinlik çəkirlər. Bu xəstələr bir müddət sonra sadə sözləri belə ağıllarına gətirməkdə çətinlik yaşayırlar , şəxsiyyət dəyişiklikləri və vərdiş edilmiş işlərindən, məsuliyyətlərindən qaçma kimi meyllər də görülür.

 Həkim , yeni sıxılmış bir stəkan kök şirəsinin içinə bir çay qaşığı zeytunyağı əlavə edilərək axşam yatmazdan əvvəl içilməsi lazım olduğunu bildirib . Həkimin digər tövsiyyəsi isə qozdur. "Bu ləpənin beyin sağlamlığı baxımından təqdirə layiq bir yeri var. Həftədə ən az 2-3 dəfə qabıqlı qoz yemək yaddaşı gücləndirir " deyib.

 

Alzheimer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən,dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır