news Image
2012.06.07
20:24
| A A A
Tovuzun kənd sakinləri "qorxu" və "həyəcan" içində yaşayırlar
Cəbhə xəttinə təxminən 100 metr uzaqlıqda olan Tovuzun Əlibəyli kəndi. (qara işarəli)

Azərbaycanla Ermənistan sərhəddindəki cəbhə xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyi xəbər verir ki, Ermənistanın Ordusunun bölmələri çərşənbə günü saat 8-dən cümə axşamı səhərinədək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozub.

"Atışmalar intensiv xarakter alıb və daha çox Qazax, Füzuli, Gədəbəy, Tovuz, Tərtər, Ağdam, Goranboy, Xocavənd, Cəbrayıl, Ağstafa istiqamətlərində qeydə alınıb".

Nazirlik Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmadığını bildirir.

Tovuz rayonunun Əlibəyli kənd sakinləri BBC Azərbaycancaya bildirib ki, "atışmanın intensivliyindən onun neçə gün olduğunu" unudublar, hər günü "qorxu və həyəcan" içərisində keçirirlər.

Sakinlər gecələr yatmadıqlarını deyir

Sakinlər günün ümumi olaraq, müxtəlif saatlarında, əsasən səhər 10-dan günortaya qədər və gecəyarısından sonra güllə səsləri eşitdiklərini deyir.

"Dünən gecədən səhər 4-ə kimi atıblar", adını açıqlamaq istəməyən sakin deyir.

Kənd əhalisi atışma səsi eşitdikləri zamanı açıq yerlərdə olmamağa çalışır:

"Evə giririk, uşaqları bayıra buraxmırıq", deyən bir xanım "vəziyyətin çox pis olduğunu" qeyd edir.

"Vallah, bizim yerimizə kim olsa, burada yaşamaz, atışma şəraitində yaşayış olar ki?", deyə gileylənən xanım "bağ-bağçada işləmək də çətindir, evlərimiz güllədən dəlik-deşik olub", deyir.

"Gözləyirik ki, güllə səsi dayansın, dayanan kimi bayıra çıxıb işimizi görüb tez evə gəlirik"

"Vallah, bizim yerimizə kim olsa, burada yaşamaz, atışma şəraitində yaşayış olar ki?"Əlibəyli kənd sakini

Sakinlər gecə baş verən atışmaların isə "normal yatmağa imkan vermədiyini" deyir:

"Uşaqlar yatır, biz isə səhərə kimi qarovul çəkirik, yatmırıq ki, birdən qaçası olarıq, hər şey ola bilər".

Əlibəyli kəndi Tovuzun cəbhə xəttinə ən yaxın məntəqəsidir (təxminən yüz metr).

Iyun ayının əvvəlindən cəbhə xəttindəki atışmalar nəticəsində hər iki tərəfdən itkilərlə müşahidə olunub.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs