news Image
2014.02.13
18:35
| A A A
İnsan əti yedizdirən restoran bağlanıldı !

Nigeriyada müştərilərə xidmət edilən yeməklərdə insan əti istifadə edildiyi iddia olunan bir restoran bağlanılıb. Restoranın menyusunda insan başı qızartması belə olduğu deyilir.


"Daily Mirror"qəzetinin Nigeriya polisindən aldığı məlumatı qaynaq göstərərək verdiyi xəbərdə , müştərilərə xidmət edilən yeməklərdə insan əti istifadə olunan restoran bağlanılıb.


Movqe.Az xəbər verir ki, Nigeriyanın cənub-şərqə bölgəsində yerləşən Anambra Əyalətində olan restorana polis tərəfindən edilən basqın nəticəsində , içərisində müəssisə sahibinin də olduğu 11 nəfər nəzarətə alınıb. 


Basqın əsnasında təhlükəsizlik qüvvələri tərəfindən edilən axtarışda avtomatik tüfənglər , çox sayda güllə və personal tərəfindən istifadə edilən mobil telefonlarla yanaşı, neylonla örtülmüş iki ədəd insan başı ələ keçirilib.

 


Nigeriya polisi , restoranın varlığından bölgədə vəzifəsini yerinə yetirən bir keşişin xəbəri nəticəsində xəbərdar olub.

Xəbəri sahibi olan keşiş verdiyi açıqlamada , restoranda yemək yedikdən sonra gələn yüksək hesab qarşısında çaşdığını , restoran işçilərinə hesabın niyə bu qədər yüksək olduğunu soruşduğunda isə ona cavab verən personalların '' yediyinin insan əti olduğu'' və buna görə qiymətlərin yüksəldiyini söylədiklərini deyərək eşitdikləri qarşında şoka girdiyini də sözlərinə əlavə edib.