news Image
2014.02.18
11:22
| A A A
"Angry Birds"ün filmi çəkiləcək!

Kompüter və mobil telefonlarında milyonlarla insanın oynadığı Angry Birds oyununun filmi çəkiləcək. 


Movqe.Az xəbər verir ki, Kanadanın "British Colombia" Əyaləti Baş naziri Kristi Klark, mövzuyla əlaqədar etdiyi yazılı şərhdə, "Angry Birds"ün istehsalçı firması Rovio Entertainment, film üçün "Sony Pictures İmageworks"un Vancouver studiyalarını bu işdə kafi tapdığını deyib. Baş nazir Klark, layihənin Vancouverdə yeni məşğulluq sahələri açacağını qeyd edib. 


Rovio Entertainment rəhbəri Mikael Hed də etdiyi şərhdə, Sony-nin Vancouverdakı studiyalarının filmlər mövzusunda dünyanın ən yaxşılarından olduğunu söyləyib. 


Hed, filmin 2016-ci ilin iyul ayında nümayiş olunacağını deyib. Filmin ssenarisini Jon Vitti, rejissorluğunu isə Fergal Reilly və Clay Kaytis edəcək.