news Image
2014.02.18
11:29
| A A A
iPhone 5C satışı dayandırılacaq?

Movqe.Az xəbər verir ki, ucuz iPhone çıxarıb milyonlarla satış planı edən Apple , indi bu planı etdiyinə min dəfə peşmandır.


Keçən il , ucuz və plastik qapaqlı bir iPhone modeli çıxararaq , normal iPhone-yə maddi gücü çatmayanların da iPhone sahibi olmasını istəyən Apple , bu məqsədlə çıxardığı iPhone 5C-in müvəffəqiyyətsizliyindən ötəri indi çox peşmandır. 


iPhonenin bahalı modeli olan iPhone 5s-dən yalnız 100 dollar daha ucuz satılan "ucuz " iPhone 5C ilə tarixə keçəcək dərəcədə müvəffəqiyyətsiz olduğu deyilən və üstəlik heç kəsin 100 dollar üçün ucuz iPhone almadığını görüb peşman olan Apple , indi iPhone 5C-dən xilas olmağın yollarını axtarır.


"Apple"ın , iPhone 6 ilə birlikdə iPhone 5C-in aqibətinə son verə biləcəyi danışılır. Tim Kuk da hər fürsətdə iPhone 5C mövzusunda səhv etdiklərini və satışların gözlədiklərindən aşağı olduğunu vurğulayır.