Əlaqə Arxiv
news Image
2014.02.19
14:53
| A A A
Suriya qaçqın düşərgəsi şəhərciyə çevrilir - FOTOLAR

Altı ay əvvəl Türkiyə sərhəddindəki Atmeh düşərgəsi tamamilə çadırlarla örtülmüşdü. Hazırda, narahatverici haldır ki, həmin çadırların sayı getdikcə artır..və heçkim evə qayıtmaq haqqında düşünmür.

 

Fələstin düşərgələri yavaş-yavaş şəhərciyə çevrilməyə başlayır. Suriyalı ailələr hələ də kətan və plastik çadırlarda yaşayır, burada falafel və kola satmaqla günlərini keçirilər.  Atmeh Türkiyə sərhəddində yerləşir. İ

yundan dekabra kimi miqrant sayı sürətlə artaraq  22.000-dən 30.000-ə çatmışdır. Düşərgədə "Maram Foundation" xeyriyə cəmiyyətinə aid mətbəxdə hər gün eyni yemək bişirilir:lentil şorbası. Uşaqlar əllərində palçıqlı qablarda növbədə dayanaraq nahar vaxtının gəlməsini gözləyir. Hassdan olan qadınlar evlərinə dönə biləcəklərinə ümüd etmədiklərini, hamının Əsədə kömək etdiyini, onlara kömək etmədiyini söyləyir. 

Xatırladaq ki, 1948-ci ildə də bir milyon Fələstinli əhalinin dörddə üçü evindən didərgin salınmışdı. Bu gün də Suriyada vəziyyət belədir, hətta bundan da pis olmağa doğru gedir. 



İngilis "guardian" qəzetinin əməkdaşları həmin düşərgəyə baş çəkərək, son vəziyyəti göstərməyə çalışıb. Movqe.Az həmin fotoları sizə təqdim edir:







Sizin Reklam Yeriniz