news Image
2012.06.18
14:05
| A A A
Gəmilərin gəmisi “Blue Marlin” - FOTOLAR

Movqe.Az bildirir ki, Dünyanın bir ucundan digər ucuna hər biri 3 min ton ağırlığında 22 yük gəmisi daşımaq istəyirsinizsə "Blue Marlin"dən yaxşısını tapa bilməzsiniz.

"Blue Marlin" dünyada bərabəri olmayan dəniz nəqliyyat vasitəsilərindən biridir. 75 min tona qədər yük daşıya bilən gəmi, oyuncaq, televiziya ya da qəhvə yerinə gəmi və neft qazma platformaları daşıyır.

Məsələn, ABŞ Donanmasına aid "USS Cole" eskadra mina gəmisi 2000-ci ildə Yəmənin Aden limanında hücuma uğradığında ABŞ-a Blue Marlinlə gətirilib.

Avstraliya Donanması da İspaniyadan aldığı kosmik gəmini "Blue Marlin"lə daşıyıb.

Gəminin göyərtəsi iki futbol sahəsi böyüklüyündə, uzunluğu 217, dərinliyi isə 42 metrdir. 13 dəniz mili sürətinə çata bilən gəmi, 17 min at gücünə sahib dizel mühərriklərlə hərəkət etdirilir. "Blue Marlin"də 24 adam işləyir.

Gəmini idarə etmək isə üzən bir iş mərkəzini idarə etmək kimidir.

"Blue Marlin"ə gəmiləri yükləyə biləcək qədər böyük bucurğad tapmaq qeyri-mümkündür. Buna görə də, gəmi çox ağıllı bir üsulla tətbiq edilib.

Belə ki, "Blue Marlin"in göyərtəsi suya bata bilir. Hətta tanklarının hamısı su ilə dolduğunda, göyərtəsi su səthinin 13 metr altına qədər enə bilir.

Gəmilər və qazma platformalar üzdürülərək gəminin xəttinə gətirilir. Tanklar boşaldılaraq göyərtəyə yüksəldilir.

"Blue Marlin"in bu günə qədər daşıdığı ən böyük yük, "BP"yə aid neft qazma platforması "Thunder Horse" olub.

 60 min ton ağırlığındakı platforma, Koreyadan Meksika Körfəzinə 16 min mil daşınıb. Dünyanın ən böyük neft axtarma qurğusu olan platformanın dəyərinin 1 milyard dollar olduğu söylənilir.




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs