news Image
2012.06.27
14:09
| A A A
Dünyanın Səkkizinci Möcüzəsi!
Movqe.Az bildirir ki, Dünyanın ən böyük taxta konstruksiyalı ikonik tikintisi Seviliyada yaradılıb. Hələ dizayn mərhələsində olan, böyük həyəcan doğuran fantastik tikilinin inşası mart ayında tamamlanıb. Bununla da, "Metropol Parasol" İspaniyanın əfsunlayıcı memarlığına bir yenisini də əlavə etmiş olub. Bu tikili, "J. Mayer Architects" tərəfindən hazırlanıb. Damı arı pətəyinə bənzəyən şanlardan meydana gəlir və altında gediş yolları, istirahət etmək üçün sahələr, bazar, kafe və restoranlar vardır. Bu ultra müasir quruluşda olan tikiliyə pastel tonların istifadə edilməsi Seviliya şəhəri ilə uyğunlaşmasını təmin edir. Əvvəlcə bura avtopark sahəsi olaraq düşünülüb, lakin qazıntı işlərində ortaya çıxan arxeoloji tapıntılar buranın açıq hava muzeyi və şəhər mərkəzinə çevrilməsini təmin edib.









Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs