Əlaqə Arxiv
news Image
2014.05.09
16:00
| A A A
Bu da "Windows"lu ilk ağıllı saat

"Wellograph" adında yeni bir ağıllı saat dizaynı, Windows Phone severlerini həyəcanlandırıb. Windows Phone ilə uyğun olan ağıllı saat eyni zamanda ürək ritmini, qan təzyiqini də ölçə bilir. Telefon qeyd etdiyi fəaliyyətləri, həm iOS və Android cihazlara, həm də Windows Phone sistemli cihazlara göndərə bilir. 


Movqe.Az xəbər verir ki, telefonda dörd menyu var. Home, Fəaliyyət, Ürək və Qoşma & Yerimə. Hər kateqoriyada, istifadəçinin daha rahat məlumat ala bilməsi üçün üç ayrı görüntü var. Telefon bu məlumatları həmçinin, ağıllı telefondakı Wellograph tətbiqi ilə sinxronizasiya edir. 


50 metr dərinliyə qədər su təzyiqinə də dözə bilən ağıllı saatın metal və dəridən ibarət olan səthi də böyük bəyənmə yığır. Hələ bazara çıxmayan ağıllı saat, 350 dollarlıq qiymətiylə əlavə sifariş yığır.

Sizin Reklam Yeriniz