Əlaqə Arxiv
news Image
2012.04.07
02:30
| A A A
Yaponiyadan Şimali Koreyaya qarşı raketdən müdafiə

Mövqe.az xəbər verir ki, Şimali Koreyanın 12-16 aprel tarixlərində dünya orbitinə peyk göndərmə planı Uzaq şərqdə həyəcana səbəb olub.

ABŞ, Yaponiya, Cənubi Koreya bir tərəfdən bölgədə lazımlı hərbi tədbirləri alarkən, digər tərəfdən də Şimali Koreyanın yüksəkk texnoloji səviyyəyə catdığını göstərəcək bu addımı maraqla gözləyir.

Çünki Şimali Koreyanın kosmosa peyk yerləşdirəcək səviyyəyə çatması dünyanın istənilən yerinə balistik mərmi göndərə biləcəyi mənasını gələcək.

Yaponiya milli təhlükəsizliyini qorumaq üçün bir tərəfdən Yapon dənizinə Aegis radarlı və SM-3 ləvazimatı ilə təchiz edilmiş avadanlıqlarını Yapon dənizi və Şərqi Çin dənizinə göndərir.

Digər tərəfdən də ölkənin cənubu və Tokio yaxınlarında mümkün ola biləcək mərmi hücumuna qarşı PAC 3 (Patriot) mərmiləri yerləşdirir.


Əfqanə Məzahirqızı

Sizin Reklam Yeriniz