news Image
2014.06.10
16:01
| A A A
iPhone kredit kartınızı oxuyacaq!

"iOS 8"in, "Apple"ın reallaşdırdığı WWDC fəaliyyətində heç yerdə bəhs edilməyən daha bir xüsusiyyəti ortaya çıxıb.


Movqe.Az xəbər verir ki, Apple, 2 iyunda təşkil etdiyi WWDC tədbirində iOS 8-i rəsmi olaraq tanıdıb. Lakin bu təqdimatda bəhs edilməyən bəzi yeniliklər də vardı və bu yeniliklər yavaş-yavaş ortaya çıxır. Bunlardan biri iOS 8-in kamera köməyiylə kredit kartı məlumatlarınızı  oxuya bilməsidir.


Konfransda heç söz edilməyən bu yeniliyi ilk olaraq 9to5Mac saytı bilib. iPhone və iPad sahibləri iOS 8-dən sonra kredit kartı məlumatları üçün açılan klaviaturada olan "Scan Credit Card" variantını seçərək kredit kartı nömrəsi, son istifadə tarixi kimi məlumatları asanca cihaza ötürə biləcək. Təkcə etməniz lazım olan kredit kartını, cihazın ekranında olan çərçivəyə oturtmaqdır. Qalanını Apple sizin üçün avtomatik olaraq edir.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs