news Image
2014.06.11
10:30
| A A A
Google sizi avtobusda da unutmayacaq!

"Google"ın rəqəmsal assistenti Google Now, artıq istifadəçiləri üçün "oyandırma" xidməti olaraq da qulluq edir. Necə ? 

Movqe.Az bildirir ki, "Google Now"da yeni edilən tətbiqə görə, Androidin rəqəmsal köməkçisi, sizi düşəcəyiniz avtobus dayanacağına gəlməzdən əvvəl xəbərdar edəcək.


"Android Police"in xəbərinə görə Google Now, kütləvi nəqliyyat vasitələrində sizi düşəcəyiniz dayanacağa gəlməzdən əvvəl həyəcan siqnalı vasitəsilə xəbərdar edəcək Funksiyanı istifadəyə başlamazdan əvvəl  "Google Now"un  təqdim etdiyi həyəcan funksiyasını aktivləşdirmək lazımdır. Beləcə işə gedərkən nəqliyyat vasitəsini qaçırıb, geri qayıtma dərdindən xilas ola biləcəksiniz. 

Funksiyanın işləməsi üçün olduğunuz yerdəki tranzit məlumatlarının "Google Maps"a yüklənməsi lazımdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs