news Image
2014.06.12
11:21
| A A A
Alkoqollu içkilər üzərinə xəbərdarlıq yazıları vurulacaq!

İspaniya gənclər arasında spirt istehlakını azaltmaq üçün tədbirlər ehtiva edən yeni bir qanuni tənzimləmə paketi hazırlayıb. Paketdə, uşaqları alkoqol qəbul edən ailələrə cəza verilməsindən tutmuş televiziyada spirt reklamlarını məhdudlaşdırmağa qədər bir çox tədbir var.


Movqe.Az xəbər verir ki, yeni qanun təklifində 16 yaşından kiçik uşaqların bir dəfədən çox sərxoş olmaları halında ailələrinə 430 dollarlıq pul cəriməsi verilməsi nəzərdə tutulur.


18 yaşından kiçiklərə spirtli içki satmasıi təsbit edilən müəssisələr üçün də cəzalar artırılır.


Əsas məqsədinin 18 yaşından kiçikləri spirtdən qorumaq olduğu bildirilən tənzimləmə daxilində, məktəblərin ətrafındakı 100 metrlik sahədə spirtli içki reklamı vermək də qadağan ediləcək.


Gətirilən yeni tənzimləmələr arasında səhiyyə xəbərdarlıqları da var.

Layihə qəbul edilsə İspaniyada satılan spirtli içki firmaları şüşə üzərinə siqaret qutularındakına bənzər xəbərdarlıq yazıları yapışdırmaq məcburiyyətində qalacaq.


Spirt asılılığının müalicəsi üçün çalışan Kapistrano klinikasından Jose Maria Vazquez Roel isə, ölkədə spirtli içkilərin ucuz olması səbəbiylə İspanların təxminən 10 faizinin spirt problemi olduğunu deyir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs