news Image
2014.06.13
18:30
| A A A
Bu uşaqlara 12 yaşına qədər gəzmək və gülmək qadağandır - FOTOLAR

Nepalda uşaq tanrısı olan Kumarilərin 12 yaşına qədər gəzməsi, hətta insanların arasında gülməsi belə qadağandır.

 

"Kral Kumarisi", yəni Tanrısı olmaq hindlilər və buddistlərə xas adətdir. Kumari namizədləri sarayda Kumarilərə baxan ailələrin qadınlarından seçilir və bədəninin hər hansı bir yerində yara olub olmadığı belə diqqətlə yoxlanır.

Bu qızların Nepal Şakya ailəsindən olması vacib buyurulur. Bu balaca qızlar 12 yaşına qədər məktəbə getmir, onlara insanlar tərəfindən xidmət edilirlər.

 

Gəzmələri belə qadağan olduğu üçün hər yerə taxtda daşınırlar. Bu qız uşaqları yeniyetməlik dövrünə çatdıqda təmtəraqlı mərasimlə normal həyata qaytarılırlar.

 

Namizədlər arasında ağlayan qız uşaqları və Kralın astroloji xəritəsi ilə uyğun gəlməyən qızlar azad edilirlər.

 

Kumari nələrə riayət etməlidir?

 

Kumarinin sağlamlığını və bütünlüyünü qoruması üçün qərarlar və şərtlər tətbiq edilir. Onlara qeyd, şərtsiz əməl etmək lazımdır.

 

Heç vaxt ayağı yerə dəyməməlidir, evdə müəyyən parçaların üzərində gəzə bilər.

 

Saf qidalar yemək, ədviyyat, soğan və spirtli içki qəbul etməmək.

 

İnsanlar arasında danışmaq və gülmək olmaz.

 

Festivallarda digər Kumarilər - Qaveş və Bhairab ilə danışmaq olmaz.

 

Kumarinin könlünü xoş tutmaq, sevindirmək ölkə üçün həyati əhəmiyyət kəsb edən bir məsələdir.


Mənbə: AiləM.az



 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs