news Image
2014.06.18
10:49
| A A A
Əməliyyat masasında konsert verdi

Gineli müğənni Alam Kante boğazındakı şiş alınarkən səs tellərinin zərər görə biləcəyi xəbərdarlığına məhəl qoymayaraq yeni bir ilki reallaşdırıb. Hipnoz edilən müğənni əməliyyat müddətində mahnı oxuyub. 


Movqe.Az xəbər verir ki, Fransanın Paris şəhərində yaşayan Gineli müğənni Alam Kantenin paratiroit vəzində ötən il bir şiş təsbit edilmişdi. Müğənninin boğaz bölgəsindən əməliyyat edilməsinə qərar verilib. Movqe.Az BBC-yə istinadən xəbər verir ki, əməliyyatın ediləcəyi Paris Henri Mondor Xəstəxanası Anestezi və Reanimasiya Modulu rəhbəri professoru Giles Dhonneur bir neştər zərbəsinin belə Kantenin səsini poza biləcəyini deyərək, bunun qarşısını almaq üçün əməliyyat müddətində mahnı söyləməsinin faydalı ola biləcəyini qeyd edib. Doktor Dhonneur, aprel ayında edilən əməliyyatla əlaqədar ötən həftə sonu təşkil etdiyi mətbuat konfransında Kantenin əməliyyat əsnasında mahnı oxuyarkən çəkilən videosunu da göstərib. Əməliyyatdan əvvəl ağrılarının yüngülləşdirilməsi üçün lokal anestezi tətbiq olunan Gineli müğənni hipnoz edilib. Kante əməliyyat müddətində mahnı söylədiyi üçün əməliyyatın "kritik anları" da müvəffəqiyyətli keçib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs